Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

Suriyada əməkdaşlıqdan danışılır


Rusiya qırıcısı Suriya səmasında

Rusiya qırıcısı Suriya səmasında

-

Rusiya və Fransanın ordu rəsmiləri telefonla Suriyada İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı mübarizədən danışıblar. Rusiya Müdafiə Nazirliyi noyabrın 19-da bildirib ki, Rusiya baş qərargah rəisi Valery Gerasimov fransalı həmkarı Pierre de Villiers ilə “Suriyada İD terrorçularına qarşı hərbi qüvvələrin koordinasiyası məsələsini” müzakirə edib.


Fransa İD-ə qarşı ABŞ koalisiyasının üzvüdür. Ötən həftə Parisdə terror hücumlarından sonra Suriyaya hava zərbələrini artırıb. Rusiya isə sentyabrın 30-dan Suriyanı bombalamağa başlayıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov noyabrın 19-da deyib ki, Rusiya ABŞ koalisiyası ilə “praktiki əməkdaşlığa” hazırdır, bir şərtlə ki, koalisiya üzvləri “Suriyanın suverenliyinə, Suriya rəhbərliyinin hüquqlarına hörmət etsin”.

Suriya prezidenti Bashar al-Assad-ın taleyi ilə bağlı narazılıq var. Birləşmiş Ştatlar və müttəfiqləri keçid dövründə onun vəzifədən getməsini istəyir. Moskva isə bildirir ki, Assad-ın getməsinə Suriya xalqı qərar verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG