Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

-

İslandiyanın Reykyavik şəhərində komandalararası Avropa çempionatında Azərbaycanın kişi və qadın şahmatçıları növbəti görüşlərini keçirib.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda Arkadi Naydiçin sayəsində Hollandiya yığması üzərində qələbə qazanıb.

Qadınlardan ibarət komandadan isə Nərmin Kazımova qələbə qazansa da, Zeynəb Məmmədyarova və Xəyalə Abdulla uduzub.

Beləliklə, 6 turdan sonra xallarını 9-a çatdıran kişilərdən ibarət milli yığma 3-cü pilləyə yüksəlib.

Növbəti görüşdə yığmanın rəqibi Latviya olacaq.

Qadın yığması isə Polşaya məğlubiyyətdən sonra 6 xalla 16-cı pilləyə enib. Növbəti turda onun rəqibi Ermənistan olacaq.

Avropa çempionatında Azərbaycanı Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç, Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva təmsil edir. 66 komandanın mübarizə apardığı çempionat noyabrın 22-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG