Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:55

ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb.

APA-nın məlumatına görə, bu barədə o, ATƏT Daimi Şurasının iclasında çıxışında deyib.

Kanerva bildirib ki, ATƏT yerlərdə daha çox nümayəndəlik açmalıdır və buna ehtiyac var.

O qeyd edib ki, mən və həmkarlarım ATƏT-i Azərbaycan və Gürcüstanda nümayəndəliklərini yenidən açmağa çağırırıq.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi 2015-ci il İyunun 3-də ATƏT-in Vyanadakı baş ofisinə məktub göndərərək bildirib ki, Azərbaycan hökuməti artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən 2014-cü il sentyabrın 24-də tərəflər arasında imzalanmış“ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG