Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:33

Bir körpü idim - dərənin üzərində uzanmışdım


Franz Kafka
Franz Kafka

- Franz Kafka

Körpü

Bərk və soyuq idim. Bir körpü idim - dərənin üzərində uzanmışdım.

Pəncələrim dərənin bir tərəfinə, barmaqlarım isə digər tərəfinə pərçimlənmişdi, özümü kövrək gilin içinə bərk sıxmışdım. Paltomun ətəkləri aşağı sallanırdı. Aşağıdakı çayın soyuq sularında alabalıqlar şütüyürdü.

Bu keçilməz yüksəkliyə gəlib çatan turist olmamışdı, körpü hələ heç bir xəritəyə salınmamışdı. Mənə isə bircə gözləmək qalırdı, əlimdən başqa bir şey gəlmirdi, başqa çarə yox idi. Aşmadan. Körpü bir dəfə aşdısa, heç vaxt ələ gəlməz, ya da daha ondan körpü olmaz.

Günlərin bir günü, hava hələ təzəcə qaralırdı – deyə bilmərəm, bu birinci, ya mininci idi – düşüncələrim həmişə qarışıqlıq içində olur, mənasızca vurnuxur.

Franz Kafka
Franz Kafka

Yay vaxtı axşamüstü idi, çayın nərəsi həmişəkindən daha gur çıxırdı və mən birdən insan addımının səsini eşitdim!

Bura gəlir, mənə tərəf! Özünü düzəlt, körpü, hazır ol!

Məhəccərinin parıltısı getmiş körpü, sənə etibar edən sərnişini saxla!

Əgər onun addımları qətiyyətsizdirsə, bildirmədən onun addımlarını tənzimlə, yox əgər o axsamağa davam edərsə, nəyə qadir olduğunu ona göstər və bir dağ tanrısı kimi onu yerə sarı tolazla!

O gəldi və çəliyinin dəmir ucu ilə məni yavaşca tıqqıldatdı, sonra isə elə həmin çəliklə paltomun ətəklərini qaldırıb üstümə tərəf atdı.

Daha sonra o, çəliyinin ucunu mənim kol-kos basmış saçlarıma batırdı və heç şübhəsiz, məni unudaraq uzun müddət orada saxladı, gözlərini ətrafında gəzdirməyə başladı.

Amma birdən – o anda mən xəyalımda bu adamı dərə-təpə izləyirdim – iki ayağı ilə bədənimin tən ortasında hoppanmağa başladı.

Mən nə baş verdiyindən xəbərsiz halda dəhşətli ağrı ilə diksindim.

O kim idi? Bir uşaq? Bir kabus? Bir quldur? Yoxsa intihar etmək istəyən biri? Bir fırıldaqçı? Ya bir ziyankar? Onu görmək üçün arxaya çevrildim.

Körpü öz ətrafında fırlanır! Mən hələ tam çevrilməmişdim; amma artıq yıxılmağa başlamışdım.

Yıxıldım və bir anın içində darmadağın oldum. Həmişə məni təlatümlü suların içindən sakitcə izləyən şiş qayalara keçdim.

Tərcümə: Musa Əfəndi

XS
SM
MD
LG