Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:28

Yüksək səviyyəli ukraynalı diplomat bildirib ki, antiterror sahəsində əməkdaşlığa başlamasına baxmayaraq belə Qərb Rusiyaya qarşı təzyiqləri azaltmamalıdır.

Ukrayna xarici işlər nazirliyinin xüsusi elçisi Dmytro Kuleba noyabrın 19-da Reutersə bildirib ki, terrorçuluqla mübarizədə Rusiya ilə Qərbin yaxınlaşması mümkündür, amma bu Ukraynanın hesabına olmamalıdır.

Kuleba qeyd edib ki, Ukrayna məsələsində Rusiya ilə kompromis Avropanın ümumi təhlükəsizliyi və beynalxalq hüquqa dağıdıcı zərbə olacaq.

Qərb ölkələri 2014-cü ilin martında Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

Amma noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra diplomatik münasibətlərin istiləşdiyi müşahidə olunur.

Fransa prezidenti Francois Hollandenin gələn həftə Moskvaya səfəri nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG