Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:35

Keçən il kitab göndərdiklərimə deyirəm gözlərinizi açın


Şahbaz Xuduoglu

Şahbaz Xuduoglu

- "Keçən il dekabr ayında ölkənin bütün komitə və nazirliklərinin, böyük özəl təşkilatların rəhbərlərinə kitab hədiyyə etdim.

Hədiyyənin yanında “alınan yaxud verilən hədiyyələrə kitabı da qatın” məzmununda bir məktub da qoymuşdum.

Bir il ötməsinə baxmayaraq, o çağırışa heç yerdən cavab gəlmədi." - "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Facebook səhifəsində yazır.

"Bir ölkədə ki, kitaba yer yoxdur, orada Eldar Mahmudov, yaxud Covdarovların olması çox təbiidir. Həm də çox məntiqidir.

Hansı ölkənin həyatında kitab yoxdur, o ölkə cinayətin içindədir. Keçən il kitab göndərdiklərimə deyirəm gözlərinizi açın, dünyaya baxın, nə baş verdiyini və niyə baş verdiyini təhlil edin.

Elə düşünməyin ki, kitab yalnız məhbəsdə oxunar, əksinə, kitablar kabinetlərdə oxunmalıdır.

Eldar Mahmudov cinayətkar deyil, o, cəhalətin faciəsidir. Cəhalətin yaratdığı faciənin qəhrəmanıdır. Cəhalətin cəzası daha ağır və amansız olur."

Günün bütün mövzuları

XS
SM
MD
LG