Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

Serbiya ilə Makedoniya bir neçə ölkədən qaçqın qəbulunun məhdudlaşdırılmasına başlayıblar.

BMT-nin qaçqınlar üzrə idarəsinin mətbuat katibi Melita Sunjic noyabrın 19-da bildirib ki, Serbiya yalnız Əfqanıstan, Suriya və İraqdan qaçqın qəbul edəcək.

O qeyd edib ki, qalanları isə Makedoniyaya qaytarılacaq.

Sunjic bildirib ki, həmçinin Makedoniya Mərakeş, Liberiya,Pakistan, Şiri-Lanka və Sudan da daxil olmaqla bir sıra ölkədən qaçqın qəbulunu dayandırıb.

Makedoniyanın “LEGIS” qeyri-hökumət təşkilatının məlumatına görə, bu ölkə yalnız İraq, Əfqanıstan və Suriyadan qaçqın qəbul edəcək.

Qeyd edək ki, hazırda Avropaya üz tutan qaçqınların əksəriyyəti məhz bu 3 ölkədəndir.

Onların çoxu Balkan ölkələri vasitəsi ilə daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG