Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:23

Suriyada İslam Dövləri qrupu tərəfindən vuruşan 160 Rusiya vətəndaşı ölüb.

Bu barədə noyabrın 19-da Rusiya xarici işlər nazirinin müavini Oleg Syromolotov məlumat verib.

Onun bildirib ki, Suriyada vuruşan 2700 Rusiya vətəndaşından 73-ü geri döndükdən sonra mühakimə edilib, 36-sı isə hazırda həbsdədir.

O həmçinin qeyd edib ki, İslam Dövləti qrupunun tərkibində ərəb ölkələri, Avropa, Rusiyavə keçmiş Sovet ölkələri də daxil olmaqla 25 mindən çox xarici muzdlu vuruşur.

Rusiya sentyabrın sonundan Suriyada hava zərbələrinə başlayıb.

Rusiya prezidenti Vladimir Putin noyabrın 17-də Suriyada hava zərbələrinin intensivləşdiriləcəyini vəd edib.

Qeyd edək ki, oktyabrın 31-də Rusiya təyyarəsinin qəzaya düşməsi nəticəsində 224 adam ölüb.

Təyyarənin partladılmasına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Rusiya Suriya münaqişəsində prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG