Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:22

Fransanın baş naziri Manuel Valls əbərdarlıq edib ki, Fransada kimyəvi və ya bioloji hücum törədilə bilər.

O noyabrın 19-da ölkə parlamentində çıxış edərkən bildirib ki, heçnəyi istisna eləməməliyik.

Parlamentdə ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay uzadılması səsə qoyulmalıdır.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 129 nəfər ölüb,350-dən çox adam yaralanıb.

Bu hücuma görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Belçikanın baş naziri Charles Michel parlamentdə çıxış edərkən ölkədə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və radikal islam zorakılığı ilə mübarizəyə əlavə 400 milyon avro ayrılacağını vəd edib.

Belçika Parisdəki terror aktları ilə bağlı istintaqın diqqət mərkəzindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG