Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

-

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib. Komitə Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya uyğun olaraq fəaliyyət aparır. Ümumdünya İrs Siyahısına əlavələr ediləndə, yekun və qərarverici səsə malikdir.

Komitə Ümumdünya İrs Fondunun istifadəsini müəyyənləşdirir, Ümumdünya İrs Siyahısına artıq əlavə olunmuş irs nümunələrinin konservasiyasına nəzarət edir və Təhlükə altında olan İrs Siyahısına əlavələr etməyə qərar verir.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

2000-ci ildə Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə İçəri Şəhər kompleksi, 2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG