Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Avtomobil idxalı azalır


Avtomobillər.
Avtomobillər.


-
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 24 min 219 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 27 min 867 ədəd azdır.

Mütəxəssislər hesab edir ki, bunun obyektiv səbəbləri var.

Bu il hökumət avtomobil nəqliyyatı vasitəsi idxal üzrə aksiz dərəcələrini xeyli artırıb. Ötən ildən idxal edilən avtomobillərə daha sərt ekoloji normalar qoyulub. Bazar iştirakçıları qeyd edir ki, minik avtomobilləri bazarı xeyli zəifləyib: təkcə idxal yox, təkrar bazarda da azalma var.

2014-cü ilin 10 ayında Azərbaycana 47 min 379 minik avtomobili tədarük edilmişdisə, 2015-ci ilin eyni dövründə xaricdən 21 min 497 belə avtomobil alınıb.

Maraqlıdır ki, ölkəyə yük avtomobillərinin (1 750, -57.6%) və xüsusi texnikanın (215, -31.1%) idxalı da azalıb və bu, işgüzar aktivliyin zəifləməsi ilə bağlıdır.

Bu ilin yayında Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar hökumət bir neçə yüz müasir avtobus aldı. İlin əvvəlindən 757 ədəd avtobus və mikroavtobus gətirilib. Bu, ötən ilin 10 ayındakından 487 ədəd çoxdur. («Turan»)

XS
SM
MD
LG