Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

-

Fransanın baş naziri Manuel Valls xəbərdarlıq edir ki, Fransaya “kimyəvi və ya bioloji silahlardan” hücum təhlükəsi var.

“Bunu istisna etməməliyik,” Valls noyabrın 19-da deputatlar qarşısında çıxışında deyib. Fransa parlamentində ölkədə fövqəladə vəziyyəti 3 ay uzatmaq məsələsi səsə qoyulub.

Noyabrın 13-də Parisdə koordinasiya olunmuş hücumlarda 129 nəfər öldürülüb, 350-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması üzərinə götürüb.

Noyabrın 18-də Parisin şimalında polis reyd keçirib. Həmin reyd zamanı öldürülənlər içində Paris hücumları təşkilatçısının olub-olmadığı bəlli deyil.

Belçika parlamentində çıxış edən baş nazir Charles Michel isə islamçılara qarşı mübarizə məqsədilə əlavə 400 milyon avro (427 milyon dollar) ayırmağı vəd edib.

Belçika da Paris hücumlarına dair təhqiqatların mərkəzində dayanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG