Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59

-

ABŞ kollec və universitetlərinə qəbul olunan beynəlxalq tələbələrin sayı ötən 35 il ərzində ən yüksək artım nümayiş etdirərək, 2014/2015-ci tədris ilində 10 faiz yüksəlib və rekord 974 min 926 nəfərə çatıb.

Beynəlxalq Təhsil Mübadiləsinə dair 2015-ci il üzrə «Open Doors» hesabatında belə deyilir.

Hesabata əsasən, bu tədris ilində ABŞ-da Azərbaycandan 408 tələbə təhsil alır.

Azərbaycandan olan tələbələr Birləşmiş Ştatlarda əsasən natamam ali təhsil (bakalavr) pilləsində təhsil almağa meyl ediblər. Belə ki, tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə ingilis dili kursları və ya qısa-müddətli kurslar kimi qeyri-dərəcə proqramları üzrə təhsil alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG