Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

-

Rusiya və Çin Pekinin 24 Su-35 qırıcısı almasına dair saziş imzalayıblar.

Rostec dövlət holdinqinin baş direktoru Sergei Chemezov noyabrın 19-da deyib ki, müqavilənin dəyəri 2 milyard dollardan artıqdır. Beləliklə, Çin Su-35 təyyarələrinin xarici alıcıları sırasında birinci yerə keçir.

Ötən il Rusiya silah ixracına görə Birləşmiş Ştatlardan sonra ikinci yeri tutub.

Rusiyanın dövlət silah ixracatçısı olan Rosoboroneksport-un baş direktoru Anatoly Isyakin ötən ay deyib ki, şirkət son 15 ildə 116 ölkəyə 115 milyard dollarlıq silah satıb. Şirkətin 45 milyard dollarlıq ixrac müqavilələri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG