Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:38

-

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib.

Xəbəri komitənin saytı yayıb.

Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalardan onlara yeni mənzillərin verilməsini təkidlə tələb edirlər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilib.

Xəbərdarlıqda deyilir ki, məcburi köçkünlər 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG