Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

HRW-dan Pakistana əfqan çağırışı


Pakistandan qayıtmış əfqan qaçqın uşaqları

Pakistandan qayıtmış əfqan qaçqın uşaqları

-

Human Rights Watch hüquq-müdafiə təşkilatı Pakistan hökumətini əfqanlara qarşı “geniş yayılmış polis təqibinə, hədələrə və zorakılığa” son qoymağa çağırır. Pakistanda 1.5 milyon qeydə alınmış əfqan qaçqın və 1 milyon sənədsiz əfqan yaşayır.

Noyabrın 18-də yayılmış hesabatda qurum bildirir ki, əfqanlara Pakistanda dərin şübhəylə yanaşırlar və hakimiyyət onları yaraqlıları gizlətməkdə ittiham edir.

“Son bir ildə Pakistan polisinin əfqanlara qarşı qəzəbdoğuran münasibəti hökumətdən dərhal reaksiya tələb edir,” HRW-nin Asiya üzrə direktor müavini Phelim Kine deyir.

“Pakistan hökuməti polisdən tələb etməlidir ki, bütünlükdə əfqan icmasını gözümçıxdıya salmaqdansa, qəddarlıqları törədənləri məsuliyyətə cəlb etsin”.

Günün bütün mövzuları

XS
SM
MD
LG