Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:12

-

Bu ilin 10 ayında Azərbaycanda idxal əməliyyatları artıb, ixrac isə azalıb. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, idxal 1.08 faiz artıb, ixrac isə 49.13 faiz azalıb.

İxracda əsas mallarda azalmalar belə olub:

Xam neft – 53.43 %

Neft məhsulları – 45.51%

Təbii qaz – 27.37 %

Çay – 44.53%

Bitki və heyvan mənşəli piylər və yağlar – 21.65%

Şəkər – 5,44%

Spirtli və spirtsiz içkilər – 25.04%

Plastmas və onlardan hazırlanan məmulatlar – 28.42%

Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 47.03%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 22.79%.

İxracda əsas mallardan kimya sənayesi məhsulları 29.22%, meyvə-tərəvəz – 2.32%, alüminium və ondan hazırlanan məmulatlar 4.10% artıb.

İdxalda isə artım belə olub:

Meyvə-tərəvəz – 136.04%

Buğda – 13.13%

Əczaçılıq məhsulları – 14.80%

Oduncaq və ondan hazırlanan məmulatlar – 84.16%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 70.20%

Nəqliyyat vasitələri və onların hissələri – 70.20%

Bir sıra məhsulların idxalında isə azalmalar olub: Ət – 4.12%, süd – 12,56, kərəyağı – 13.17, şəkər – 39.86 %, neft məhsulları – 57.72% və s.

Şərhləri göstər

XS
SM
MD
LG