Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

-

Nyu York şəhər rəhbərliyi əhalini sakitləşdirməyə çalışır. Səbəb İslam Dövləti silahlı qruplaşmasının yeni yaydığı videodur. Həmin videoda iddia olunur ki, ABŞ-ın ən böyük şəhəri terror hücumunun potensial hədəfidir.

Nyu Yorkun meri Bill de Blasio və polis komissarı William Batton noyabrın 18-də jurnalistlərə deyib ki, videoda “konkret və etibarlı hədə” yoxdur.

De Blasio Nyu yorkluları əvvəlkitək “işlərinə davam etməyə” çağırıb.

SITE Kəşfiyyat qrupunun məlumatına görə, altı dəqiqlik videoda Times meydanı və turistlərin çox gəzdiyi bir neçə məkan göstərilir. Həmçinin videoda görünən bir intiharçının əlində xüsusi qurğu var.

Videoda daha çox Parisdəki qanlı səhnələr və prezident Francois Hollande-nın görüntüləridir. Paris hücumlarında 129 nəfər həlak olub. Həmin hadisəyə görə İD məsuliyyəti üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG