Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:42

İntiharçının meyitini müəyyənləşdirirlər


Saint-Denis-də polis əməliyyatı

Saint-Denis-də polis əməliyyatı

-

Fransa polisi Parisin şimalında bir evə polis reydi zamanı öldürülmüş intiharçının və daha bir nəfərin kimliyini müəyyənləşdirməyə çalışır. Basqında məqsəd ötən həftəki terrorun təşkilatçılarını tapmaq idi.

Rəsmilər reyd zamanı daha səkkiz nəfərin saxlandığını bildirir. Polis noyabrın 18-də sübh çağı Parisin ətrafındakı Saint Denis-də bir mənzilə basqın edib. Polisdəki mənbələrin dediyinə görə, reydin hədəfi 13 noyabr hücumunun arxasında durduğu iddia olunan Abdelhamid Abaaoud olub. Parisdəki hücumda 129 nəfər həlak olub, 350 nəfər yaralanıb.

Prezident Francois Hollande deyib ki, Saint Denis reydi Fransanın terrorçuluqla müharibə vəziyyətində olduğunu göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG