Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

Xədicənin apellyasiya şikayətinə baxılır


Xədicə İsmayıl məhkəmə zalında

Xədicə İsmayıl məhkəmə zalında

-

Noyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edəcək.

Məhkəmə prosesi saat 15.00-da başlayacaq.

Əvvəlki prosesdə hakim İlqar Murquzov jurnalistin ilkin məhkəmə baxışının qərarından bir ay müddətinə kassasiya şikayəti vermək hüququ olduğunu bildirib məhkəməni təxirə salmışdı.

X. İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7,5 il müddətində azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.

Jurnalist ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

"Amnesty İnternational" Xədicə İsmayılı "vicdan məhbusu" elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Fransa Azərbaycanı jurnalisti azad etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG