Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:25

Rusiya təbliğatı hərbi sirləri necə “faş edir”?


Putin və generallar
Putin və generallar

Reuters agentliyi yazır ki, bu xəritə Rusiyanın Suriya münaqişəsinə boynuna aldığından daha dərin müdaxilə etdiyini göstərir

Rusiya hərbiyyəsinin komandanlarının prezident Vladimir Putinə göstərdikləri Suriya hərbi xəritəsində Rusiya ordusuna aid artilleriya birləşməsinin dislokasiya məntəqəsi görünüb.

Reuters agentliyi yazır ki, bu hadisə Rusiyanın Suriya münaqişəsinə boynuna aldığından daha dərin müdaxilə etdiyini göstərir.

Suriyada hava reydləri keçirən Moskva dəfələrlə vurğulayıb ki, bu münaqişədə Rusiyanın quru qoşunları iştrak etmirlər.

Rusiya iddia edir ki, Suriyada onun yalnız texniki kontingenti var
Rusiya iddia edir ki, Suriyada onun yalnız texniki kontingenti var

Lakin sözü gedən xəritədəki işarənin Rusiya hərbi birləşməsinə aid olduğu təsdiqlənərsə, bu, həm də Rusiyanın Suriyaya qoşun çıxarmasının təsdiqi olacaq.

Reuters yazır ki, bu xəritə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyində keçirilən brifinqdə dövlət telekanalının süjeyinə “düşüb”.

Agentliyin xəbərində deyilir ki, “qartalgözlü Rusiya hərbi blogerlərindən biri” xəritədəki Sadad məntəqəsi yaxınlığında Rusiya hərbi birləşməsinin dislokasiyasını göstərən “nöqtə”ni görə bilib.

Sadad Homs və Dəməşq şəhərləri arasında yerləşir.

Həmin məntəqənin yaxınlığındakı nöqtənin üzərində “5 Gabatr 120th ABR 2A65 Msta B, 6 dəst, 14:00 06.11." yazılıbmış.

Sibirdən Suriyaya

Bloger yazır ki, "Gabatr" Rusiya ordusunda “top” sözünü bildirən akronimdir. “ABR” – artilleriya briqadası deməkdir. “2A65 Msta B” Rusiya ordusunun istifadəsində olan topun tipidir.

Reuters yazır ki, 120-ci artilleriya briqadası Rusiya ordusunda var və daimi dislokasiya yeri Sibirdir. Bu birləşmə həmçinin 2A65 tipli toplardan istifadə edir. Hərbi hissənin növbətçisi Reuters-ə bildirib ki, orada belə toplar var, lakin onların Suriyada olub-olmadığından xəbərsizdir.

Kremlin sözçüsü Dmitry Peskov xəritə barədə suala cavab verərkən deyib ki, “Suriyada Rusiyanın hava bombardmanları ilə əlaqədar olan texniki kontingenti var, lakin bu ölkədə Rusiyanın quru qoşunları yoxdur”.

“Prezident bunu dəfələrlə deyib” – deyə cavab verib Peskov.

Peskov deyib ki, o deyib ki, “hərbi xəritələr sahəsində mütəxəssis deyil” və daha təfərrüatlı cavab tələb edən suallar Müdafiə Nazirliyinə ünvanlanmalıdır

.

Lakin Müdafiə Nazirliyi Reuters-in suallarına cavab verməkdən imtina edib.

Reuters yazır ki, Rusiya indiyədək kiçik ordu kontingentinin yalnız Latakiyadakı hərbi aerodrom zolağının yaxınlığında olduğunu bildirirdi, lakin sözü gedən xəritə Rusiya əsgərlərinin ölkənin daha dərinliklərinə yeridiyini göstərir. Bu isə hərbi-strateji baxımdan Moskvanın münaqişəyə daha dərin müdaxiləsini nümayiş etdirir.

Tsunami silahı

Qərb mətbuatının qeyd etdiyinə görə Rusiyanın hərbi sirləri ilk dəfə deyildir ki, Rusiyanın öz mediasında “faş olur”.

Noyabrın 12-də Kreml bəyan etmişdi ki, Rusiyanın yeni uzaqmənzilli nüvə torpedosu sayılan “Status-6” ORT telekanalında göstərilməməliydi.

Burada da məlumat Vladimir Putinin Soçidə generalitetlə keçirdiyi müşavirədə mətbuata sızmışdı.

Supertorpedo nüvə sualtı qayıqlarına yüklənməlidir
Supertorpedo nüvə sualtı qayıqlarına yüklənməlidir

Xəbərlər proqramının bir süjetində generallardan biri yeni “supertorpedo”nun diaqamlarını nəzərdən keçirirdi.

Bəzi məlumatlara görə “çoxməqsədli Status-6 okean torpedosu” düşmənin sahil boyunca iqtisadi qurğularına və hərbi infrastrukturuna dağıdıcı ziyan vura bilər.

Sonradan Vladimir Putinin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, bu süjet efirə getməməliydi.

Bir sıra Qərb ekspertləri hesab edirlər ki, “mediaya sızdırma” bilərəkdən edilib.

Rusiyanın hərbi ekspertləri deyirlər ki, sözü gedən100 meqatonluq torpedo ABŞ ərazisinin içərilərinə doğru 1500 kilometrlik məsafədə 500 metr yüksəkliyi olan tsunami yarada bilər.

XS
SM
MD
LG