Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

Azərbaycanda həbsxanada ölüm hadisəsi qeydə alınıb.

Hüquq müdafiəçisi Eldar Zeynalovun APA-ya verdiyi məlumata görə, Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Səyavuş Atakişiyev noyabrın 15-də ölüb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya açıqlamasında faktı təsdiqləyib.

Onun sözlərinə görə Səyavuş Atakişiyev ürək xəstəliyindən əziyyət çəkirmiş, noyabrın 15-i axşam saatlarında kamerada vəziyyəti pisləşib və dünyasını dəyişib.

Səyavuş Atakişiyev 1992-ci ildə ölüm hökmünə məhum edilib.

Amma 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edildiyindən cəzası ömürlük həbslə əvəz olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG