Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, hamı öz xələfini hazırlamalıdır.

O noyabrın 18-də hökumətin iclasında deyib ki, bir çox məmurlar 25 ildir ki, vəzifədədirlər və bununla yeni ekspert və mütəxəssislərin qarşısını kəsirlər.

Prezident qeyd edib ki, heç kim vəzifəsindən getmək istəmir, amma artıq yetər, getmək vaxtıdır və bu hamımıza aiddir.

Amma Nazarbayevin bunu özü barədə də deməsi dəqiq aydın deyil.

1989-cu ildən hakimiyyətdə olan Nazarbayev bu ilin aprelində 97,7 faiz səslə yenidən ölkə başçısı seçilib.

Bu müddət ərzində ölkədə keçirilən seçkilərdən heç biri beynəlxalq aləm tərəfindən azad və ədalətli sayılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG