Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:40

Rusiyada prokurorluq Azərbaycan rəssamlarının sərgisini araşdırır


PERMM muzeyindəki sərgisində narazılığa səbəb olan instalyasiya
PERMM muzeyindəki sərgisində narazılığa səbəb olan instalyasiya

- Müasir Azərbaycan rəssamlarının Rusiyanın Perm şəhərində keçirilmiş "Konfet dağları. Neft sahilləri" adlı sərgisini "kuklaların simasında əxlaqsızlıq ("razvrat") təbliğ etmək" maddəsilə Prokurorluq araşdırır.

Sərgi Perm Müasir İncəsənət Muzeyində (PERMM) keçirilib.

Perm şəhərinin Motovilixinski rayon prokurorunun müavini Dmitri Bozov mətbuata deyib ki, İnternet istifadəçilərinin tənqidi yazılarından sonra təhqiqat başlanıb. "İnsanlar ekspozisiyada layiqsiz pozalarda qoyulmuş provakasion kukla instalyasiyaları görüblər".

Sosial şəbəkələrdə insanlar sərgi təşkilatçılarını "əxlaqsızlığı təbliğ etməkdə" ittiham ediblər, deyiblər ki, belə incəsənət obyektləri muzeyə gələn uşaqların psixikasına ziyan vura bilər.

Ruslar hətta "Uşaqları zorakılıqdan qoruyun" adlı online petisiya açıb, prokurorluqdan təhqiqat aparmasını tələb ediblər. Petisiyada bir neçə günə 125 imza toplanıb.

Muzeyin art-direktoru Nailə Allahverdiyeva bu ittihamlara cavab olaraq deyib ki, sərgi zorakılığı, əxlaqsızlığı təbliğ etmir, üstəlik, uşaqlar üçün nəzərdə tutulmuş sərgi deyil. Amma qarşı tərəf hesab edir ki, uşaqlar valideynlərilə birlikdə gəlib onları görmüş ola bilərdilər.

Sözügedən sərgi ("Konfet dağları, neft sahilləri") 8 oktyabrdan 15 noyabra qədər PERMM muzeyində Rusiya Mədəniyyət Nazirliyinin dəstəyilə keçirilib.

Sərgidə "Azərbaycanın əsas məkan metaforaları" təqdim olunub, 22 azərbaycanlı rəssam iştirak edib.

Muzeyin saytında deyilir: "Bu rəssamların bir çoxu vətənində yaşamır, hətta ölkəylə əlaqə saxlamırlar, indi birlikdə özünəməxsus "fikir Azərbaycanı" yaradıblar. Bunun üçün təkcə ölkənin coğrafiyasını, doqquz iqlim qurşağını yox, həm də özünəməxsus milli xarakteri, azərbaycanlı ruhunu əsərlərdə əks etdiriblər".

Sərgi artıq bitdiyinə görə, prokurorluq onu fotolar vasitəsilə araşdırır.

OxuZalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG