Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:13

Kosovoda müxalifətdən olan deputat Donika Kadaj-Bujupi noyabrın 18-də parlamentin sesiyasında baş verən hərc-mərcliyə görə həbs edilib.

Bundan başqa daha 3 deputatın həbsinə order verilib.

Noyabrın 17-də Serbiya ilə münasibətlərin yaxşılaşmasına qarşı çıxan müxalif deputatlar yenidən parlamentin iclas zalına gözyaşardıcı qaz buraxıblar.

Qeyd edək ki, müxalifətdən olan deputatlar bundan əvvəl də bir neçə dəfə eyni üsulla parlamentin iclasını pozublar.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini bəyan edib və bunu indiyədək 100-dən çox ölkə tanıyıb.

Tərəflər Avropa Birliyinin vasitəçiliyi münasibətləri yaxşılaşdırmaq qərarına gəliblər,

Amma Müxalifət buna qarşı çıxır.

Noyabrın 18-də isə Kosovo konstitusiya məhkəməsinin qarşısına əl qumbarası atılıb.

Amma itki və ya xəsarət alan olmayıb.

Hökumət məhkəmədən Serbiya ilə razılaşmanın ləğv edilməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG