Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:22

25-ci dəfə - «Kimdir müqəssir?»


Hagverdiyev, representation «Who is guilty?»
Hagverdiyev, representation «Who is guilty?»

-

Dövlət Musiqili Teatrında Əbdürrəhim bəy Haqverdiyevin «Kimdir müqəssir?» ikihissəli komediyası 25-ci dəfə nümayiş olunacaq.

Qurumun Mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, tamaşa iki ildən çoxdur teatrın repertuarındadır.

Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin 25-ci nümayişi noyabrın 20-də saat 19:00-da baş tutacaq.

Azərbaycanın böyük klassiklərindən olan Əbdürrəhim bəy Haqverdiyev bu unikal əsərində insanın yarandığı andan bəri keçdiyi keşməkeşli təkamül yolunu incə bir yumorla qələmə alıb.

Haqverdiyev, «Kimdir müqəssir»
Haqverdiyev, «Kimdir müqəssir»

«Kimdir müqəssir?» tamaşası 2014-cü ildə keçirilən I Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib və Fəxri diplomla təltif olunub.

Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Təranə Muradova, Qalina Semyonova, rejissor assistenti Elməddin Dadaşovdur.

Səhnə əsərindəki musiqilər Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» Ritm Qrupunun ifasında səsləndirilir.

Haqverdiyev, «Kimdir müqəssir»
Haqverdiyev, «Kimdir müqəssir»

Tamaşada rolları Çingiz Əhmədov, Fəridə Məlikova, Hüseyn Əlili, Elməddin DadaşovGültac Əlili ifa edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG