Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

►Noyabrın 18-də Fransa polisinin Parisdə keçirdiyi əməliyyat zamanı azı 2 şübhəli öldürülüb, 7 nəfərsə həbs edilib.

Onlardan biri atışmada öldürülüb, qadın olan ikinci şübhəli isə özünü partladıb.

Səhər saat 4-də başlayan əməliyyat zamanı atışma olub.

Yerli media öldürülən şübhəlilərdən birini qadın olduğunu xəbər verir.

Əməliyyat zamanı həmçinin 5 polis yaralanıb.

Əməliyyat Parisin şimalındakı Sen-Deni rayonunda keçirilib.

Polisdəki mənbələrin məlumatına görə, əməliyyatda əsas hədəf Parisdəki terror aktlarının təşkilində şübhəli bilinən 28 yaşlı belçikalı Abdelhamid Abaaoud olub.

Hələlik həbs edilənlərin kimliyi barədə məlumat verilmir.

Ölən və saxlananların şəxsiyyətini müəyyən eləmək üçün DNK testi keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG