Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:55

Son 3 gün ərzində Suriyanın Raqqa şəhərinə endirilən hava zərbələri nəticəsində azı 33 İslam Dövləti yaraqlısı öldürülüb.

Bu şəhər qrupun əsas dayaq məntəqəsidir.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin noyabrın 18-də verdiyi məlumata görə, noyabrın 15-17-də keçirilən reydlər zamanı həmçinin onlarla yaraqlı xəsarət alıb.

Məlumatlara görə qrupun rəhbər nümayəndələri və ailə üzvləri şəhəri tərk edərək İraqın şimalındakı Mosul şəhərinə çəkilməyə başlayıblar.

Fransa noyabrın 13-də Parisdə 129 adamın ölümü ilə nəticələnən terror aktlarından sonra Raqqaya hava zərbələrini intensivləşdirib.

Həmçinin Rusiya noyabrın 17-də bu şəhərə uzaq mənzilli qanadlı raketlər buraxıb.

Prisdəki terror aktları və bu yaxınlarda Rusiya təyyarəsinin Misirdə partladılmasına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG