Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

-

Bakı Apellyasiya Məhkəməsi 42 saylı Sumqayıt ikinci dairə üzrə deputatlığa namizəd Hafiz Babalının parlament seçkilərində kütləvi pozuntularla bağlı şikayətini təmin etməyib. Məhkəmə H.Babalının şikayətini təmin etməyən MSK-nın qərarını qüvvədə saxlayıb.

H.Babalı onun şikayətinin və təqdim etdiyi sübutların obyektiv araşdırılmadığını bildirib. O, Ali Məhkəməyə kassasiya verəcək.

H.Babalı 38 məntəqənin 15-də pozuntularla bağlı 37 akt təqdim edib.

Aktlarda aşağıdakı pozuntular qeyd edilib:
- seçicilərin barmaqlarını ultrabənövşəyi lampa ilə yoxlamadan məntəqələrə buraxılması;
- seçici siyahısında olmayan seçicilərə bülletenlərin verilməsi; bülletenlərin topa şəklində qutulara atılması;
- müşahidəçilərin bülletenlərn verildiyi və qutuların qoyulduğu yerdən uzaqlaşdırılması;
- «karusel» (eyni şəxslərin müxtəlif məntəqələrdə səs verməsi);
- səslərin hesablanması prosedurunun pozulması;
səsvermənin yekunlarına dair protokollarda təhriflərə yol verilməsi və s.

H.Babalı şikayətlərlə yanaşı üç video sübut da təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG