Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

-

«Asus» və «Google» ortaq məhsulları «Chromebit»i satışa çıxarıblar.

85 dollar qiymətində olan cihaz HDMI portu ilə qoşulduğu monitoru və ya televizor ekranını «Chrome OS» əməliyyat sistemli bir kompüterə çevirir.

Bir barmaq ölçüsündə olan «Chromebit»in çəkisi 75 qram, daxili yaddaşı 16 GB, RAM-ı 2GB-dır.

Bluetooth dəstəyi imkan verir ki, istifadəçilər simsiz klaviatura və mausla cihazı uzaqdan idarə edə bilsinlər. Wi-Fi-la internetə qoşulmaq olar.

Cihaz istifadəçiyə «Chrome OS» əməliyyat sistemli bir kompüterin bütün imkanlarını təqdim edir.

XS
SM
MD
LG