Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:16

- Danimarkanın məşhur Momondo səyahət səhifəsinin milyonlarla turist arasında keçirdiyi sorğunun nəticələrinə görə, türklər xaricə çıxanda italyan mətbəxini üstün tuturlar.

Sorğuda iştirak edən türklərin 48 faizi xaricdə pitsa, spagetti, risotto yediyini deyib.

Pizza

Pizza

Rus və alman turistlərsə gəzintilər arasındakı fasilələrdə daha çox türk yeməklərinə - dönərə, pideyə, lahmacuna, kababa üstünlük verirlər.

Onlardan sonra ən çox türk yeməkləri yeyən xalq hollandlardır. Ardınca danimarkalılar gəlir.

Türk yeməklərinə Avropada maraq göstərən xalqlar arasında skandinaviyalılar da var, norveçlilərin 10 faizi, isveçlilərin 8, finlandların 7 faizi evdən kənardan "türk yeməkləri yeyirəm" deyib.

Sorğuda iştirak edən fransız və ispan turistlərininsə yalnız dörd faizi türk yeməkləri yeyir.

Ən az türk yeməkləri yeyənlər portuqallar (sorğuda iştirak edənlərin 3 faizi) və amerikanlardır (1 faizi).

Qayıdaq türklərə. Fransız mətbəxi türklərin italyan mətbəxindən sonra xarici ölkələrdə üstün tutduğu ikinci mətbəxdir.

Fransız mətbəxinin ardınca türklərin yemək seçimində ispan və amerikan yeməkləri gəlir (sorğuda iştirak edənlərin 12 və 10 faiz).

Türklərin heç sevmədiyi mətbəx Vetnam mətbəxidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG