Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

- "2015-ci ildən başlayaraq 2020-ci ilədək ingilis şagirdlərinin Avropada ən çox oxuyan şagirdlər olması üçün səyləri birləşdirsinlər."

Birləşmiş Krallığın Məktəblər naziri Nick Gibb dünən ölkəsinin naşirlərinə müraciət edib. Onları orta məktəblərin 10-18 yaşlı şagirdlərinə 100 klassik kitabı çox ucuz qiymətə verməyə çağırıb.

Onun çağırışında deyilir ki, indiyə qədər üç klassik kitabın orta məktəb uşaqlarına çox ucuz qiymətə satılmasına nail olub. Bunlar “Böyük gözləntilər” (Charles Dickens), “Qürur və Qəzəb” (Jane Austen) və “Jane Eyre” (Charlotta Bronte) kitablarıdır.

Nazir deyib ki, naşirlər üçün 100 kitablıq Qara Klassiklərə nail olmaq fikrindədir. Qoy birini lap 1.50 funt sterlinqə versinlər (bizim pulla təxminən 2 manat).

Britaniya mağazalarında təzə klassik kitabların orta qiyməti 14 funt sterlinqdir.

“Bizim planımız hər bir uşaq üçün imkanları genişlətməkdir, hər bir şagirdin öyrədilmək, ədəbi klassikləri oxumaq şansı olmalıdır, bununla biz onlarda ömür boyu ədəbiyyata sevgi yaranmasına nail olmaq istəyirik. Bu cür klassik romanlara giriş azlığın üstünlüyü olmamalıdır.”

Gibb niyə məhz klassik ədəbiyyatı hədəf alıb? Çünki o əsərlərin 70 illik müəllif haqqı limiti artıq keçib. İndi onları ucuz vermək olar.

Nair Gibb bu çıxışı Naşirlərin Təhsil Assssasiyasının konfransında deyib.

Bu ilin əvvəli Britaniyada hökumət naşirlərə, məktəblərə, savad yayan təşkilatlara çağırış etmişdi ki ki, 2015-ci ildən başlayaraq 2020-ci ilədək ingilis şagirdlərinin Avropada ən çox oxuyan şagirdlər olması üçün səyləri birləşdirsinlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG