Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:52

“Ermənistandakı “Yox” hərəkatının apardığı kampaniya göstərir ki, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti konstitusiya islahatlarına qarşıdır”.

Bu barədə “Erməni milli Konqresi”nin parlamentdəki fraksiyasının rəhbəri Levon Zurabian noyabrın 17-də parlamentdə çıxış edərkən bildirib.

O qeyd edib ki, başqa cür də ola bilməzdi, çünki hakimiyyət ölkənin idarəciliyi ilə bağlı məsələlərdə iflasa uğrayıb.

Zurabian bildirib ki, hakimiyyət əlində olan vasitələrdən xalqı yoxsulluğa itələyərək, yalnız özlərinin varlanması üçün istifadə edir.

O qeyd edib ki, hakimiyyət xalqı inandırmağa çalışır ki, konstitusiya dəyişiklikləri guya müxalifətin imkanlarını genişləndirəcək, amma bu əksində hakimiyyətin möhkəmlənməsinə xidmət edəcək.

Sənəd qəbul edilsə Ermənistan parlament respublikası olacaq və xalqın təmsilçi orqanı Milli məclis olacaq.

Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum dekabrın 6-na təyin edib.

Söhbət Ermənistanın parlament üsul-idarəsinə keçməsindən gedir.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG