Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin vəzifəli şəxsi həbs edilib.

APA-nın məlumatına görə, noyabrın 17-də birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

O mənimsəmə maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, onun struktur qurumları və tabeçiliyində olan müəssisə və şirkətlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və digər qanun pozuntuları ilə bağlı istintaq aparılır.

İndiyədək 10-dan çox vəzifəli şəxs barəsində həbs- qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG