Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:35

Kosovoda müxalifətdən olan deputatlar noyabrın 17-də yenidən parlamentin sesiyasına gözyaşardıcı qaz buraxıblar.

“Öz müqəddaratını təyinetmə hərəkatı”nın üzvləri Serbiya ilə imzalanmış müqaviləyə etiraz olaraq nazirlərə gözyaşardıcı qaz buraxıb və deputatlar iclas zalından köçürülüb.

Hakim partiyadan olan deputatlar az sonra başqa zala keçib və büdcəni ilk oxunuşda təsdiqləyiblər.

Müxalifətdən olan aksiyaçılar parlamentin binası və polisləri daşa basıb, butulka və boya atıblar.

Serbiya ilə Kosovo arasındakı razılaşmaya qarşı çıxan müxalifət artıq neçə həftələrdir ki, parlamentin sesiyalarını bu cür yolla əngəlləyir.

Söhbət Avropa Birliyinin vasitəçiliyi ilə Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşmasını nəzərdə tutan sənəddən gedir.

Kosovo 2008-ci ildə Seerbiyadan ayrılaraq birtərəfli qaydada müstəqilliyini elan edib və bundan sonra onu 100-dən çox ölkə tanıyıb.

Amma Belqirad və onun müttəfiqi Rusiya, həmçinin bir sıra ölkələr hələlik Kosovonu tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG