Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:09

Yəmənin mühacirətdə olan prezidenti Rabbi Mansour Hadi ölkənin cənubundakı Aden şəhərinə dönüb.

Bu martın sonlarından Səudiyyə Ərəbistanına qaçdıqdan sonra prezidentin Adenə ikinci səfəridir.

O bundan əvvəl Adenə sentyabrda gəlmişdi.

Hazırda paytaxt Sanaa və və ölkənin bir çox bölgələri Huti üsyançıların nəzarətindədir.

Rəsmilərin sözlərinə görə, prezident Adendəki sarayında nəzarət altında olacaq.

Son 8 ay ərzində Yəməndə gedən döyüşlərdə azı 5600 adam ölüb.

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri vaxtaşırı üsyançıların mövqelərini bombalayır.

Aden şəhəri üsyançılardan bu yaxınlarda geri alınıb.

Huti üsyançıları şiələrdən ibarətdir.

Yəmən və digər ərəb ölkələri İranı bu qrupun tərəfini saxlamaq və onu silahla təmin etməkdə günahlandırır.

Tehran ittihamı rədd edir. Ayın sonunda BMT-nin rəhbərliyi ilə sülh danışıqları gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG