Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:03

ABŞ Dövlət katibi John Kerry noyabrın 17-də Parisə gedib.

O Fransa prezidenti Francois Hollande ilə görüşdən sonra bildirib ki, tərəflər əlavə informasiya mübadiləsi eləmək razılığına gəliblər:

“Biz əlavə informasiya mübadiləsi barədə razılığa gəldik və əminəm ki, İslam Dövləti qrupu növbəti həftlərədə böyük təzyiq görəcək. Onlar bunu bu gün də hiss eləyir, dünən və ötən həftələrdə də hiss eləyib.

Biz böyük ərazi tutmuşuq, İslam Dövləti qrupunun əlində az ərazi qalır”-deyə o bildirib.

Həmçinin Hollande amerikalı həmkarı Barack Obama ilə görüşmək üçün gələn həftə Vaşinqtona gedəcək.

Danışıqlar zamanı terrorçuluqla mübarizə və Suriya böhranı ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Fransa müdsafiə nazirliyinin məlumatına görə,Fransanın hərbi təyyarələri ötən gecə yaraqlıların paytaxtı sayılan Suriyanın Raqqa şəhərində komandanlıq məntəqəsi və təlim mərkəzini məhv ediblər.

Bu Fransanın son 24 saat ərzində şəhərdə keçirdiyi ikinci əməliyyatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG