Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:27

►Fransada təhlükəsizliyin təmin edilməsinə 115 min qüvvə cəlb edilib.

Bu barədə noyabrın 17-də ölkənin daxili işlər naziri Bernar Qaznöv (Bernard Cazeneuve) məlumat verib.

O həmçinin gecə boyu şübhəlilərə qarşı 128 reyd keçirildiyini bildirib.

Fransa bundan başqa Suriyada İslam Dövləti qrupuna qarşı əməliyyatları intensivləşdirib.

Noyabrın 13-də Parisdə törədilənterror aktlarında azı 129 adam ölüb.

Bu hücuma görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Fransa prokurorluğu bu partlayışları törətməkdə şübhəli bilinən 7 nəfərdən 5-nin kimliyinin müəyyən edildiyini bildirir.

Onlardan dördünün fransalı olduğu, 1-nin isə oktyabrda Yunanıstanda barmaq izləri götürülmüş suriyalı olduğu güman edilir.

Belçikadan olan digər şübhəli Salah Abdesalamın isə axtarışı gedir.

İstintaq həmçin əslən Mərakeşdən olan daha bir belçikalı Abdelhamid Abaaoudun diqqət mərkəzində olduğunu bildirir.

Bu hadisədən sonra noyabrın 17-də İspaniya və Belçika futbol milliləri arasında keçirilməli olan yoldaşlıq görüşü təxirə salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG