Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 23:49

Terror qurbanlarının sayı 9 dəfə artıb


Paris terroru - 15 noyabr
Paris terroru - 15 noyabr

-

Terror qurbanlarının sayı 2014-cü ildə 80 faiz artaraq 32 min 658 nəfərə çatıb. Bu, XXI əsrin əvvəli ilə müqayisədə 9 dəfə artım deməkdir.

Bu qənaətə İqtisadiyyat və Sülh İnstitutu (The Institute for Economics and Peace) gəlib. İnstitut «Terrorizmin qlobal indeksi»ni açıqlayıb.

2014-cü ildə terrorda ölənlərin 78 faizi Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyanın payına düşür. 51 faiz «İslam Dövləti» və Nigeriyada fəaliyyət göstərən «Boko Haram» yaraqlılarının törətdikləri terror aktları nəticəsində həyatlarını itirib.

Ötən il terror nəticəsində azı 1 nəfərin öldüyü 67 ölkə qeydə alınıb. Bu, 2013-cü illə müqayisədə 8 ölkə daha çoxdur.

Terror aktlarının vurduğu iqtisadi zərərə gəlincə, institut əməkdaşları bunun 53 milyard dollar təşkil etdiyini deyirlər.

Hesabatda yer üzünün 99 faiz əhalisinin yaşadığı 162 ölkədəki vəziyyət təhlil olunur.

XS
SM
MD
LG