Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:28

«Xalqın ümidi əlindən alındı»


Ənvər Əliyev
Ənvər Əliyev

-

«Meydan hərəkatının qəhrəmanlarının bəzisi indi həbsdə, bəzisi məzarda, bəzisi mühacirətdədir. Bəzilərinin də milli-mənəvi dəyərlərində aşınma gedib. Bəziləri isə ölkənin indiki faciələrinə, problemlərinə baxıb təəssüflə yaşamaqdadırlar».

Bunu Azadlıq Radiosuna Meydan hərəkatının fəallarından biri Ənvər Əliyev deyib. Ənvər Əliyev Nemət Pənahlıdan əvvəl, meydanın ilk günlərində nümayişlərə rəhbərlik edib. Meydan hadisələrindən sonra həbs edilib, sonra azadlığa buraxılıb. 2008-ci ildə meydan hadisələrindən bəhs edən kitab çap edib.

- Ənvər bəy, 27 il sonra baxanda, o günlərə necə qiymət verirsiniz?

- Şübhəsiz Meydan hərəkatı bizim milli dirçəlişimiz oldu. O günlər Azərbaycan xalqının mübarizə tarixinə qızıl həriflərlə yazılıb. O günlər bizim fəxrlə anacağımız günlərdəndir…

- Ənvər bəy, Meydan hərəkatının hansı tələbləri hələ də aktuallığını saxlayır?

- Qarabağ problemi. Biz hələ də Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərqərar edə bilməmişik. O, günlər insanlar Topxana meşəsində ağacların qırılmasına dözməyib ayağa qalxdılar. İndi torpaqlarımızın 20 faizi işğaldadır. Şəxsən mən düşünürəm ki, biz hər gün yuxudan duranda da, başımızı yastığa qoyanda da bu gerçəkliyi unutmamalıyıq. 27 il əvvəl Azərbaycan xalqı dünyada «ilin xalqı» seçilmişdi. İndi o mübarizlikdən əsər-əlamət qalmayıb. Hamının başı çörək dərdinə qarışıb.

- Buna səbəb nədir?

- Səbəb aydındır. Biz bu illər ərzində ümummilli maraqları unudub, şəxsi maraqlarımızı düşündük. Ən böyük faciə xalqın ümidini, arzularını əlindən almaqdır. Xalqın ümidi əlindən alındı.

- Ümiddən, arzudan söz düşmüşkən, 27 il əvvəl meydanda insanlar danışırdılar ki, Azərbaycanın milli sərvəti-neft Azərbaycana qalsa, Bakının küçələrini şampanla yumaq olar. Asfalt döşəmə qızıldan salınar. Xatırlayırsınız?

- Niyə xatırlamıram. Bilirsiniz, milləti tanımayanlar millətdən danışırlar. Sərvət onun qədrini bilməyənlərin əlinə verildi. Nəticə isə belə oldu…

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG