Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:27

-

ABŞ, Fransa və digər ölkələr bütün dünyada terrorçuluqla birgə mübarizə aparırlar.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta noyabrın 17-də Bakıda «Qadın sahibkarlığının Azərbaycanda inkişafı» mövzusunda keçirilən konfransda deyib.

Azərbaycanın da terrorçuluqla mübarizədə iştirak etdiyini deyən səfir 11 sentyabr hadisələrindən sonra təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ-ın uğurlu əməkdaşlığını qeyd edib.

Səfirin sözlərinə görə, Türkiyədə keçirilmiş G-20 sammitində terrorçuluqla mübarizə məsələlərinə də böyük diqqət ayrılıb.

R.Cekuta əlavə edib ki, ABŞ-ın yüksəkvəzifəli məmurları energetika, ticarət və digər sahələrdə məsələləri müzakirə etmək üçün gələn həftə Azərbaycana gələcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG