Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:50

-

Rusiyanın qətlə yetirilən müxalifət lideri Boris Nemtsov demokratiyanın inkişafı və insan haqlarının qorunması naminə gördüyü işlərə görə ölümündən sonra Sergei Magnitsky beynəlxalq mükafatına layiq görülüb. Noyabrın 16-da Londonda keçirilən təqdimatda mükafat Nemtsov-un qızı Zhanna-ya təqdim olunub.

«Hermitage Capital» Fondunun hüquqşünası Sergei Magnitsky-nin adına olan bu beynəlxalq mükafat yenidir, ilk dəfədir ki laureatları bəlli olub.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb. «Hermitage Capital» Fondu hesab edir ki, o, böyük məbləğdə büdcə vəsaitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Mükafat 9 nominasiya üzrə verilib. Laureatlar arasında «Magnitsky siyahısı»nın təşəbbüskarı - ABŞ konqresmeni Jim McGovern, Belçikanın sabiq baş naziri Guy Verhofstadt, «EU Observer» nəşrinin jurnalisti, Britaniyanın LBC radiosunun aparıcısı və başqaları da var.

Sergei Magnitsky adına mükafat Avropa ölkələri, ABŞ və Kanadadan olan bir neçə beynəlxalq təşkilatların iştirakı ilə təsis olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG