Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09

-

«Aztelekom» MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb.

APA yazır ki, M.Məmmədov barəsində noyabrın 16-sı axşam saatlarında Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən «Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.

Noyabrın 12-də prezidentin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) yoxlamalar aparır. Nazirliyin 10-dan artıq vəzifəli şəxsi həbs edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG