Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:09

Məhbus intihara cəhd etdi


Həbsxana
Həbsxana

-

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki cəzaçəkmə müəssəsində məhbus intihara cəhd edib.

Məlumatı hüquq-mühafizə orqanlarına istinadla APA yayıb. Bildirilir ki, hadisə noyabrın 16-ı saat 16:30 radələrində baş verib.

Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Pərviz Ələddin oğlu Mirzəyev intihar etmək məqsədi ilə kəsici alətlə qarın boşluğuna xəsarət yetirib. 23 yaşlı məhbus qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş, lakin daxilə nüfüz etməyən xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Yaralıya xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra cəzaçəkmə müəssəsinə geri aparılıb.

Faktla bağlı araşdırma aparılır.

XS
SM
MD
LG