Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:10

“İslam dövləti” Vaşinqtonu hədələyir


arxiv foto
arxiv foto


Özünü “İslam dövləti” adlandıran ekstremist qruplaşma Vaşinqtonu terror törədəcəkləri ilə hədələyib.


“Associated Press”in məlumatına görə, yaraqlıların yaydığı videolentdə deyilir ki, Vaşinqtonda da Fransada olduğu kimi terror aktları törədilməlidir.


12 dəqiqəlik videoyazıda ekstremistlərdən biri deyir ki, müsəlmanlar “Qərbə zərbə vurmalıdırlar”, çünki ABŞ koalisiyasının rəhbərliyi altında “İslam dövləti” qruplaşması İraqda hücuma məruz qalır.


“İslam dövləti” 129 nəfərin həyatına son qoyan 13 noyabr Paris terroruna görə məsuliyyəti öz üzərilərinə götürüblər.


Bundan öncə isə həmin qruplaşma elan edib ki, Misirdə 224 nəfərin ölümünə səbəb olan Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması da onların işidir.


Ötən həftə Reuters məlumat yayıb ki, “İslam dövləti” Suriyada hərbi əməliyyatlar keçirən Rusiyaya qarşı da yaxın zamanlarda terror törətməyi planlaşdırır.

XS
SM
MD
LG