Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:47

Rusiyanın Sankt Peterburq şəhərində azərbaycanlıların da iştirakı ilə kütləvi dava baş verib. ANS PRESS-in məlumatına görə, hadisə ötən gün Marşal Zaxarova və Doblesti prospeklərinin kəsişməsində düşüb.

Rusiya mətbuatının yazdığına görə, davaya səbəb yol üstündə piyada və sürücü arasında baş verən mübahisə olub.

Belə ki, bir qrup piyada yolu keçmək üçün keçidə yaxınlaşıb.

Lakin bu vaxt onların qarşısını maşın kəsib.

Sakinlər buna etiraz bildirəndə maşında olan azərbaycanlılarla onların arasında mübahisə düşüb.

Mübahisəyə qoşulan rusiyalılar arasında bir boksçu da olub və məhz onun maşındakı azərbaycanlıları döydüyü bildirilir.

Adları açıqlanmayan azərbaycanlılar xəstəxanaya yerləşdiriliblər.

Onlara kəllə beyin travması, döş qəfəsi zədədlənməsi diaqnozu qoyulub.

Hadisə yerinə gələn polis üç rusiyalını saxlayıb. Onların yaşları 25-27 arasında olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG