Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55

Ötən şənbə MTN-nin keçmiş generalı Akif Çovdarovla yanaşı qurumun daha 6 keçmiş yüksək vəzifəli zabiti həbs edilib.

Turan agentliyinin məlumatına görə, bu barədə ona bu işlə məşğul olan mənbə məlumat verib.

Agentliyin məlumatına görə, Səbael rayon Məhkəməsində onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Həbs olunanlara qarşı ilkin olaraq əməliyyat-axtarış qanunvericiliyini pozmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyətlərini aşma maddələri ilə cinayət işi başlanıb.

Hazlırda MTN-nin nə qədər əməkdaşının həbs edilməsi barədə rəsmi məlumat verilmir.

Amma onların sayının artıq 20 nəfərə yaxın olduğu bildirilir.

Həbs edilənlərdən başqa nazirliyin xeyli əməkdaşı işdən azad edilib.

Bütün bunlar oktyabrın 17-də nazir Eldar Mahmudov vəzifədən azad edildikdən sonra baş verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG