Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

Avropa Şurasının prezidenti Donald Tusk Rusiyanı Suriyadakı hərbi kampaniyasını mötədil müxalifətə qarşı yox, İslam Dövləti qrupuna qarşı yönəltməyə çağırıb.

O belə bir bəyanatla noyabrın 15-də 20-lər ölkələrinin Türkiyədə keçirilən sammitində çıxış edib.

O Suriyada İslam Dövləti qrupu ilə mübarizədə ABŞ-la Rusiya arasında əməkdaşlığın çox vacib, həlledici olduğunu bidirib.

O eyni zamanda qeyd edib ki, Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar yalnız yeni qaçqın dalğasına səbəb olub.

ABŞ-ın rəhbərlik etdiyi hərbi kolaisiya 1 ildən çoxdur ki, İraq və Suriyada İslam Dövləti qrupunun mövqelərini bombalayır.

Rusiya isə bu il sentyabrın 30-dan Suriyada ayrıca hava əməliyyatlarına başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG