Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:49

Əsl ədəbiyyat həmişə məğlubların hekayəsini danışır


Umberto Eco
Umberto Eco

- Umberto Eco yeni, “Sıfırıncı nömrə” kitabının ingiliscə nəşri münasibətilə Londonda, University College-də çıxış edib.

Tədbirin aparıcısı professor John Mullan olub.

U.Eco əsl ədəbiyyatın həmişə məğlubların hekayəsini danışdığını deyib.

Onun son romanında jurnalist Colonna zəngin bir iş adamı tərəfindən bir qəzetdə işə götürülür.

Bu iş adamı bu qəzetdən istifadə etməklə İtaliyanın siyasi və maliyyə elitasını şantaj etməyi planlaşdırır.

İş vaxtı Colonna, Mussolini ilə bağlı bir gizli nəzəriyyədən xəbər tutur. Bu nəzəriyyəyə görə, Mussolini öldürülməzdən əvvəl əkiziylə yer dəyişdirib.

Ölümdən qurtulan Mussolini rejim yıxılandan sonra Argentinada yaşamağa davam edir. İtaliya əleyhinə planlar qurur. Adam qaçırmaq, nazir Aldo Maronun 1978-ci ildə öldürülməsi kimi sui-qəsdlər edir.

“Sıfırıncı nömrə” kitabı həm də Gladio kimi tanınan, Avropa çapında Soyuq Müharibə dövründə Sovet blokunun potensial işğalına qarşı yeraltından savaşmaq üçün qurulan gizli təşkilata da toxunur.

U.Econun tədbirdəki çıxışından seçmələr:

“Məncə, yazar oxucunun gözləmədiyi bir şeyi yazmalıdır. Yazıçılar oxucuların nəyə ehtiyacı olduğunu soruşmamalı, oxucuları dəyişdirməlidir.… Hər bir hekayə üçün istədiyiniz oxucu növünü yaratmalısınız.”

“Mən fikir adamıyam. Romanları yalnız həftəsonları yazıram.”

“Bir filosof olaraq mən həqiqətlərlə ilgilənirəm. Nəyin gerçək olub-olmadığını tapmaq çox çətindir. Bunun üçün mən həqiqəti tapmağın yolunun saxtaları analiz etməkdən keçdiyini kəşf etmişəm”.

“Bu kitabda əvvəlki romanlarımda mənim yaratdığım düşünülən bir çox üsullardan istifadə etmişəm.”

“Mən konspirologyanın varlığını inkar etmirəm, onların həqiqət olanları ortaya çıxarılıb. Jül Sezar’ın sui-qəsdi konspirasiyası uğurlu oldu. Həqiqətə əsaslanan konspirologiyalar həmişə ortaya çıxarılır. Güclü konspirologiyalar isə saxtadır, reallıqda əsası olmayanlardır, onlar xalq şüuruda yaşayırlar, onlara saf insanlar inanırlar.”

Mullan soruşub ki, Eco niyə bu hekayəti müxalif bir xarakterin dilindən nəql edib.

Eco cavab verib: “Çünki ədəbiyyat budur. Dostoyevski uduzanlar haqqında yazırdı. İtaliyanınn ana xarakteri Hektor bir məğlub idi...

Qazananlarla, qaliblərlə bağlı danışmaq çox darıxdırıcıdır. Gerçək ədəbiyyat hər zaman itirənlərin və məğlubların hekayəsini nəql edir.

Madam Bovari bir məğlub idi. Julien Sorel məğlub idi. Mən də eyni işi görürəm. Uduzanlar, məğlublar daha təsirlidir.

Qaliblər axmaqdır. Çünki ümumən şans əsəri, bəxtəbəxt qazanırlar.”

XS
SM
MD
LG