Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:55

-

İnsanlar həmişə hər işlərinə yarayan, onlara bənzəyən, onlarla söhbət edə bilən bir robot arzusunda olublar.

Artıq bu istək gerçəkləşir. İanə və dəstək saytı Indiegogo-da təqdim edilən «Alpha 2» məhz xəyallardakı insani robot layihəsi kimi düşünülüb.

Ailə robotu «Alpha 2» bundan əvvəl çıxan «Jibo», «Buddy» kimi robotlardan fərqli olaraq ayaqları olduğu üçün rahatca hərəkət edə bilir.

Robot evdə bir çox işi görə biləcək. «Alpha 2» asan yenilənən məlumat mərkəzi ilə ailə üzvləri üçün bir müəllim olacaq. Robot hər ailə üzvünü tanıyacaq, kiminsə dərmanının vaxtı gələndə bildirəcək, yemək bişirməyə kömək edəcək, tərcüməçilik edəcək, yoqa öyrədəcək, uşaqlara hekayə danışacaq, bir sözlə, evdəki hamının işinə yarayacaq.

Robot həm də şəxsi köməkçiyə çevriləcək. Bir dəfə bağlantı qurulduqdan sonra «Alpha 2» telefon danışıqları etməyə, səsli mesajları dinləməyə, elektron poçta baxmağa, wi-fi bağlantısıyla hətta faks kimi cihazları da yoxlamağa imkan verəcək.

Robot həm də istirahətə, əylənməyə kömək edəcək. Fotolar çəkəcək, musiqi səsləndirəcək,hər kəslə birlikdə rəqs edəcək. «Alpha 2» 20 əlavəyə sahib olduğu üçün insan hərəkətlərini çox uğurlu şəkildə təkrarlaya biləcək.

Robotun istifadəsi də rahatdır. Wi-fi bağlantısı qurduqdan sonra səs və üz tanıdılır. VAPP mobil proqramını Android və iOS cihazları üçün yükləyib robotu idarə etmək olar. Robotun «Alpha Store» mağazasından isə bir çox proqramları, yeniləmələri yükləmək olacaq.

Firma 2016-cı ilin yanvarından kütləvi istehsala başlayacaq. Fevral ayında isə sifarişlər sahiblərinə çatdırılacaq. Robot adapter ilə enerji yığacaq. 16 GB daxili yaddaşı var. Uzunluğu 43 sm, eni 22 sm, çəkisi 2.5 kq-dır.

«Alpha 2» ilk olaraq ingilis və Koreya dillərini dəstəkləyəcək. Daha sonra digər dillərin də əlavə edilməsi gözlənilir.

Robotqısa müddətdə 100 min dollarlıq hədəfini aşaraq, 419 min dollar ianə toplayıb. Robota sahib olmaq üçün 499 dollar ianə etmək gərəkirdi. Hazırda həmin paket bitdiyindən ən azı 599 dollarlıq paket alınmalıdır.

XS
SM
MD
LG